Almaniya F-35 qırıcıları üçün qanadlı raket sifariş edəcək

20
Mar
2024
02:42

Almaniya yeni F-35 döyüş təyyarələri üçün ABŞ-dən 75 “JASSM-ER” qanadlı raket sifariş edəcək.

Azreform.info ” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Məlumata görə, müqavilənin ümumi məbləği təxminən 8 milyard avro olacaq.

Bildirilib ki, rəsmi müqavilənin bu ilin payızında imzalanacağı gözlənilir.