Bu gün dəhşətli qəzaya düşənlər tanınmış şəxsin doğmaları imiş - FOTO

19
Mar
2024
23:14

Bugün dəhşətli qəzaya düşənlər "Diksiya Akademiyası"nın təsisçisi və direktoru, aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlunun yaxın qohumları imiş.

Azreform.info xəbər verir ki, bu barədə aparıcı "Facebook" səhifəsində paylaşım edib.

"Konserv qutusuna çevrilmiş bu maşında mənim qardaşlarım, anam, gəlinlərimiz vardı. Bu gün bayramı qeyd etmək üçün bizə qonaq gəlirdilər. Şükür, heç bir xəsarət almadan avtomobildən çıxarıldılar. Allahın möcüzəsi böyükdür", - deyə o, qeyd edib.