Ermənistan Rusiyanın bu sistemindən imtina edir

19
Mar
2024
13:21

Rusiyanın “Mir” ödəniş sisteminin kartları 30 mart 2024-cü il tarixindən Ermənistanda əksər bankların bankomat və POS terminallarında fəaliyyətini dayandıracaq. 

Azreform.info xəbər verir ki, bu barədə Ermənistan VTB bankın nümayəndəsi məlumat verib. 

“Martın 30-dan etibarən istifadəçilər POS-terminallarda nağdsız ödənişlər edə və Respublikanın digər banklarının bankomatlarından nağd pul çıxara bilməyəcəklər. Bu, VTB (Ermənistan) kartlarının fəaliyyətinə heç bir şəkildə təsir etməyəcək”, - VTB Ermənistan nümayəndəsi bildirib. 

Mürtəza
Azreform.info