Ceyhun Bayramov Türkiyəyə gedib

29
Fev
2024
17:49

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.

Azreform.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı, “Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı” panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.