Avropa Parlamenti “almaz imperatoru”na satılıb

29
Fev
2024
13:31

Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalara çağırışı və qətnamə qəbul etməsinin heç bir əhəmiyyəti, çəkisi və mənası yoxdur, heç Aİ özü və üzv dövlətlər də sənəddə əks olunan xülyaları qəbul etmir.

Bunu Modern.az-a Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyev deyib.

Xatırladaq ki, Ermənistanın “Mülki Müqavilə” parlament fraksiyasının katibi Artur Ovannisyan sosial şəbəkə hesabında məlumat yayıb ki, Avropa Parlamenti xarici, eləcə də AB-nin təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı Azərbaycana qarşı dərhal sanksiyaların tətbiq edilməsini və strateji enerji tərəfdaşlığına dair anlaşma memorandumunun dayandırılması ilə bağlı qətnamələr qəbul edib.

C.Şahverdiyev deyib ki, ənənvi olaraq bu dəfə də Avropa Parlamenti Azərbaycana qarşı çağırışları erməni lobbisinin pulu ilə işləyən deputatlar səsləndirir. Bu maliyyələşmənin arxasında Brüsseldə yaşayan erməni əsilli Kaspar Karapetyan dayanır:

"Xatlrlayırsızsa, iki il öncə Avropa Parlamentinin bəlkə də tarixinin ən qalmaqallı korrupsiya faktı ortaya çıxmışdı. O zaman Belçika prokurorluğu araşdırıb ki, avroparlament deputatları daha iki ölkə təmsilçilərindən rüşvət alıblar. Hətta “Brussels Morning” və Fransanın и “Le Monde” nəşrləri də bu hadisədən yazıblar. Həm vaxt Yunanıstanın “Mega TV” teleşirkətinin əldə etdiyi informasiyalarına görə, aparılan istintaq araşdırmaları zamanı Avropa Parlamentinin nə az, nə də çox – düz 60 deputatının rüşvət alma ittihamına məruz qalacağı gözlənilir! Bu prosesdə iştirak edən və həbs olunan Avropa Parlamentinin Avropa İttifaqı-Ermənistan dostluq qrupunun üzvü Kayilin ermənilərlə sıx dostluq münasibətləri üzə çıxıb. Hansı ki, həmin qrup Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası təşkilatı ilə sıx bağlı olub. Bu təşkilatın prezidenti isə ermənilərin “almaz imperatoru” adlandırdıqları milyarder Kaspar Karapetyandır".

C.Şahverdiyev onu da qeyd edib ki, bu həmin
Karapetyandır ki, vaxtilə Avropa Parlamentinin bir çox deputatlarının yalnız Ermənistana deyil, eləcə də Qarabağa qanunsuz səfərlərini təşkil edib: "Bu dəfə də avropalı deputatların böyük əksəriyyəti Karapetyanın pulu ilə danışırlar,. Azərbaycana qarşı çıxan deputatlar bundan əvvəl də Avropa Parlamentində eyni mövqedən çıxış edənlərdir. Bu oyunların arxasında erməni lobbiçiliyinə satılan Makron kimilər, Avropa Parlamentində olan islamafob, rasist və türkofob dairələr, sələbçi və neokolonial təfəkkürlü agentlər dayanır. Bu qurumda Azərbaycan əleyhinə qəbul olunan sənədlərin heç birinin rəsmi Bakının siyasətinə, nüfuz və gücünə təsiri yoxdur. Sadəcə Azərbaycanın şanlı tarixi zəfəri Avropada erməni lobbisinin pulu ilə danışan bəzi senatorların ovqatını təlx edib, təşvişə salıb və onlar da bu gün ölkəmizin qüdrətlənməsinə, güclənməsinə, inkişafına yarasa gözü ilə baxırlar, qorxurlar. Nə qədərə ki, Avropa Parlamenti Karapetyan kimi korrupsionerlərin pulu ilə dillənəcək, o, siyasi riyakarlığın ən pis təzahüründən xilas ola bilməyəcək” .