Ata və qız bıçaqlandı - Azərbaycanda 

26
Fev
2024
21:49

Azərbaycanda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakinləri, 27 yaşlı A.Mirzəyeva və onun atası 74 yaşlı Z.Əliyev mübahisə zəminində bıçaqlanıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Yaxınlarının dediyinə görə, hadisəni törətməkdə şübhəli bilinən qızın həyat yoldaşıdır.

Faktla bağlı araşdırma aparılır.