Lerikdə minik avtomobili dərəyə aşıb.
Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə bu səhər Lənkəran - Lerik yolunun 50-ci km-də qeydə alınıb.
Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi avtomobil hərəkətdə olarkən yoldan çıxaraq təqribən 500 metr hündürlükdən dərəyə aşıb.
Avtomobildə olan 4 nəfərdən biri hadisə yerində ölüb. Onun İsmayıllı rayon sakini olduğu bildirilir.
İlkin məlumatda hadisəyə səbəbin yolun qarlı və buzlu olduğu göstərilir.
Faktla bağlı araşdırma aparılır.