Masazırda ev əşyaları ilə birgə tamamilə yanıb

25
Fev
2024
09:07

Abşeron rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə “Azreform.info ”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.