Samuxda yeniyetmə damda özünü asıb

25
Fev
2024
00:56

Samux rayon Kolayır kəndində intihar hadisəsi olub.

Azreform.info xəbər verir ki, kənd sakini, 2007-ci il təvəllüdlü N.Rəhimli axşam saatlarında tövlənin çardağından özünü asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etdiyi hələ məlum deyil.

Qeyd edək ki, mərhum ailənin 3 övladından biri olub.

Faktla bağlı araşdırma aparılır.