Leyen yenə prezident seçilmək istəyir

18
Fev
2024
22:35

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen quruma ikinci müddətə rəhbərlik etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, onun namizədliyi martın 7-də mühafizəkar Avropa Xalq Partiyasının Buxarestdə keçiriləcək qurultayında rəsmən təsdiqlənə bilər.