Husilər ilk dəfə bu cür hücum etdilər - ABŞ

18
Fev
2024
21:07

ABŞ silahlı qüvvələri Yəmən husilərinin 3 gəmi əleyhinə qanadlı raketi, həmçinin yerüstü və sualtı pilotsuz gəmilərini vurub.

Azreform.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd edilir ki, “hücumlar oktyabrın 23-də (2023) başlayandan bəri husilər sualtı pilotsuz gəmidən ilk dəfə istifadə edir”.