Ürək və qaraciyəri məhv edən içki – Kişilər diqqət!

18
Fev
2024
19:35

Ürək və qaraciyər üçün real zərərli içkilərdən biri də pivədir.


“Medicina” xəbər verir ki, cərrah Aleksandr Umnov pivənin orqanizmə təsirini araşdırıb.

“Araqla müqayisədə bu içkidə spirt az olsa da, köpüklü tərkib ürək və ağciyəri praktiki olaraq, məhv edir, infarkt və sirroza səbəb olur və sonda ölümlə nəticələnə bilir.


Pivə kalorili olduğu üçün çox içmək pivə qarnı yaradır, qaraciyər piylənir, çəki artır, üz qızarır, kişilərdə qadın bədəni formalaşır.

Onun köpüyündə olan kobalt ürək və damarlar üçün çox zərərlidir.

Pivə çox içənlərdə ürək divarı qalınlaşır, ürək içəridən genişlənir, buna öküz ürəyi sindromu deyirlər.

Nəticədə o daha çox qan vurur, özünü tez tükədir. Pivə içənlərdə varikoz damar problemi və yüksək təzyiq də çox olur”.