Azərbaycanlı iş adamı İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə qurbanlar kəsdirib

18
Fev
2024
19:22

 

Moldovanın paytaxtı Kişinyov şəhərində azərbaycanlı iş adamı İlqar Gülmalıyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qələbəsi münasibəti ilə qurbanlar kəsilərək Moldova İslam Mədəniyyət Mərkəzindəki müsəlmanlara bayram süfrəsi açılıb.


Azreform.info xəbər verir ki, Moldova İslam Mədəniyyət Mərkəzi bu ölkədə yaşayan müsəlmanların yeganə ibadət məkanıdır. Mərkəzdə uşaqlar və gənclər üçün mədrəsə, yataqxana və ibadət otaqları fəaliyyət göstərir.

Dini bayramları daima birlikdə qeyd edən türklər, azərbaycanlılar, qaqauzlar, özbəklər və digər müsəlman xalqların nümayəndələri bu dəfə Azərbaycanda prezidünt seçkilərinin böyük uğurla başa çatması münasibəti ilə təşkil olunmuş bayram süfrəsi ətrafında bir araya gəliblər.
Əslən Laçın rayonundan olan, azərbaycanlı iş adamı İlqar Gulmalıyev müstəqil Azərbaycan tarixində ilk dəfə ölkəmizin ərazi bütövlüy çərçivəsində keçirilən prezident seçkilərinin tarixi əhəmiyyətindən danışıb.

“Mən çox qürurluyam ki, bu seçkilər 32 il işğal altında olan, doğulub böya çatdığım Laçın şəhərində, Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşada, Xankənddə, Zəngilanda, Ağdamda və digər işğaldan azad olunmuş şəhərlərimizdə keçirilib. Xankənddə seçkilərdə iştirak edən dövlət başçısı yenilməz və əbədi Fatehdir. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycan tarixinin qəhrəmanlıq səlnaməsinə əbədi imza atmış şəxsiyyətdir” deyə Azərbaycanlı iş adamı qalib ölkənin, Qalib Liderinə tarixi vətənimiz naminə daha böyük uğurlara imza atmağı arzulayıb.
Azərbaycanda başa çatan prezident seçkilərini demokratiyanın və azad seçimin qələbəsi kimi dəyərləndirən, Moldova İslam Mədəniyyət Mərkəzinin rəhbəri Cümali Gül qeyd edib ki, Azərbaycan respublikası nə qədər güclü olarsa, türkdilli xalqların bir-birinə mədəni inteqrasiyası, ortaq dilimiz, dinimiz və tariximiz bir o qədər sürətlə tərəqqi yolu keçə bilər.

O, həmçinin, Moldova İslam Mədəniyyət Mərkəzinin inşa olunmasına və burada dini mərasimlərin keçirilməsinə daima maddi və mənəvi dəstək verdiyinə görə Azərbaycanlı iş adamı İlqar Gülmalıyevə minnətdarlığını bildirib.