İsrail ordusu Hizbullahın hərbi obyektlərinə hücum edib

18
Fev
2024
18:56

İsrail ordusunun qırıcı təyyarələri və artilleriyası Livanın cənubundakı “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib.

Azreform.info ” xəbər verir ki, İsrail ordusunun döyüşçüləri Yarun bölgəsindəki “Hizbullah” terrorçularının hədəflərinə zərbələr endirib.

“Bundan əlavə, İsrail əsgərləri Livanın cənubundakı Alma əl-Haib və Əl-Dahira bölgələrində təhlükəni aradan qaldırmaq üçün artilleriya atəşi açıblar”, - mətbuat xidməti bildirib.