NATO silah istehsalını sürətlə artırmalıdır - Stoltenberq

18
Fev
2024
12:49

NATO ölkələri silah istehsalını sürətlə artırmalıdır.

Azreform.info xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında çıxışında deyib.

“Bizdən bu yanaşmada təcili şəkildə daha böyük səylər göstərmək tələb olunur”, - baş katib bildirib.

Stoltenberq xatırladıb ki, NATO ölkələri son illər müdafiəyə daha çox vəsait sərf etməyə başlayıblar.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansının Avropa üzvləri bu baxımdan daha böyük səylər göstərməlidir.