Daha bir şəhəri itirə bilərik - "Azov" komandiri

18
Fev
2024
11:28

Avdeyevkada yaranan vəziyyət cəbhədəki yeganə vəziyyət deyil.

Azreform.info xəbər verir ki, bunu "Azov" briqadasının qərargah rəisi Boqdan Kroteviç bildirib.

"Bizim ən böyük problemimiz - həm orduda, həm də siyasətdə səhvlərimizi etiraf etməməyimizdir", - Kroteviç vurğulayıb.

Boqdan Kroteviç rus qoşunlarına zərbələr endirmək planlarını siyasi və hərbi rəhbərliyə məruzə etdiyini, lakin cavab olaraq heç nə eşitmədiyini söyləyib:

"Avdeyevkadakı vəziyyət cəbhədəki yeganə belə vəziyyət deyil. Biz indi Serebryanskdayıq. Yaxınlıqda da oxşar vəziyyət var".

O bildirib ki, obyektiv məlumatlar hər zaman ali rəhbərliyə çatdırılmır.

Qeyd edək ki, ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqu Avdeyevkanın tam işğal edildiyi barədə Vladimir Putinə məruzə edib.