Şolts Aİ-yə çağırış etdi

18
Fev
2024
06:35

“ABŞ-də növbəti prezidentin kim olacağından  asılı olmayaraq, Avropa öz təhlükəsizliyinə daha çox sərmayə qoymalıdır”.

Azreform.info ” xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı deyib.

“Biz həm indi, həm də gələcəkdə öz təhlükəsizliyimizlə daha çox məşğul olmalıyıq”, - deyə Olaf Şolts bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlarda növbəti prezidentin kimliyindən asılı olmayaraq, Avropa İttifaqı öz təhlükəsizliyinin gücləndirilməsi üçün səy göstərməlidir.