Kadırovun oğlu nazir oldu

17
Fev
2024
23:07

Ramzan Kadırovun böyük oğlu Əhməd Kadırov Çeçenistanın gənclərlə iş üzrə naziri təyin edilib.

Azreform.info ” xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin rəhbəri Maqomed Daudov məlumat verib.

Bildirib ki, o regionun ali mükafatına - respublikanın keçmiş rəhbəri olan babasının şərəfinə təsis edilmiş “Əhməd Kadırov adına orden”ə də layiq görülüb.