Orqanizmi şəkərlə zəhərlədiyinizin – 4 əlaməti

17
Fev
2024
06:21

ÜST məlumatına görə, biz gündə normadan 3 dəfə artıq şəkər yeyirik.

“Medicina” xəbər verir ki, şəkər elə qidadır az olduqda, beyinə enerji çatmır, çox olduqda digər orqanlar sıradan çıxır.

Gündəlik norma 5 çay qaşığıdır. Bunu da hesablamaq çətindir, çünki qidalarda gizli şəkər çoxdur.

Bədəndə çox şəkər olduğunu və normadan artıq şirin yediyinzi göstərən əlamətləri təqdim edirik:

1. Siz çox tez yorulursuz, yemək yeyəndən sonra süst düşürsüz. Səhər saat 12-ə kimi gümrah olsanız da, nahardan sonra tamam tükənmiş olursuz və şirin nəsə yeməsəz, beyniniz işləmir.

2. Depressiya, apatiya – baxmayaraq ki, şirniyyat əhvalı qaldırır, bu müvəqqətidir, tədqiqatlar sübut edib ki, 70 min şəkər yeyən qadında depressiya ilə şəkər arasında əlaqə var.

3. Dəridə problemlər – şəkər çox yeyənlərin dərisi tez qocalır, qırışır, akne, civzə

4. Tez-tez susayırsız.
Daimi susuzluq və tez-tez sidiyə getmək, artıq qanda şəkərin artdığını göstərir. Preddiabet mərhələsində artıq endokrinoloqa gedin.