Rusiya hava hücumundan müdafiə sistemi gecə saatlarında Ukraynaya məxsus 16 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Azreform.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, “terror aktı” gecə saatlarında həyata keçirilib. Kiyev təyyarə tipli dronlardan istifadə edib.
İdarənin məlumatına görə, növbətçi hava hücumundan müdafiə sistemləri Krım üzərində 13, Volqoqrad vilayəti ərazisində isə 3 PUA-nı məhv edib.