Tez yuxuya getməyin üç qeyri-adi üsulu

11
Fev
2024
23:21

Kardioloq Olqa Narodovskaya tez yuxuya getməyin üç qeyri-adi üsulunu açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, mümkün qədər tez yuxuya getmək üçün rahatlaşdırıcı fiziki məşqlər etmək lazımdır.

Onun sözlərinə görə, həmçinin otaq temperaturu normal səviyyədə olmalıdır:

“Otağın ümumi temperaturu 17 dərəcəyə qədər olmalıdır. Bu temperatur keyfiyyətli yuxuya kömək edəcək. Yatmazdan əvvəl burnu yaxalamaq tez yuxuya getməyin üçüncü sadə yoludur. Gün ərzində burunda yığılan toz və selik insana yaxşı nəfəs almağa imkan vermir”.