Banan günümüzdə ən çox istehlak edilən meyvələrdən biridir. Bəs uşaqların və körpələrin sevimli yeməklərindn biri olan banan onların qidalanması üçün nə qədər faydalıdır?
Mövzu ilə bağlı News24.az-a danışan pediatr Vaqif Qarayev ən keyfiyyətsiz bananın Azərbaycanda satıldığını deyib.
“Banan pis meyvə deyil, əksinə, onun tərkibində vitamin C var. Uşaq anadan olandan analar başlayır uşağa banan verməyə. Özü bananla böyüməyən ana uşağına banan yedirir. Pis deyil, amma ona aludə olmaq olmaz. Ümumiyyətlə, ölkəmizdə satılan bananlar keyfiyyətsizdir”, - pediatr bildirib.