Ət sevmək bağırsaq xərçəngi ilə nəticələnə bilər.
Azreform.info xəbər verir ki, İsrail alimlərinin apardığı tədqiqatda ət yeyənlərdə hansı xərçəngin yaranması araşdırılıb.
İlk dəfə bu molekulyar səviyyədə sübut edilib ki, ətdə olan molekullar bağırsaq hüceyrələrini mutasiyaya uğrada bilir.
Neu5Gc molekulu qırmızı ət toxumasında var, lakin toyuq və balıqda olmur.
Məlumdur ki, 6 aylıqdan sonra körpə ilk dəfə qırmızı ət və süd məhsulu yeməyə başlayanda , onun orqanizmində antitellər hasil olmağa başlayır.
Elmi araşdırmalar sübut edib ki, orqanizmdə Neu5Gc antitellərinin çoxluğu yoğun bağırsaq xərçəngi riskini artırır.
Alimlər Neu5Gc molekulunun səviyyəsini müxtəlif ət nümunələrində və süd məhsullarında yoxlayıblar, daha sonra 20 min fransalının gündə nə qədər bu qidaları qəbul etdiyini test ediblər.
120 nəfərin qanında antitelləri yoxlayıblar.
Nəticələr göstərib ki, Neu5Gc antitelərinin artması ilə ət qidalarının yeyilməsi arasında əlaqə var. İnsan nə qədər çox ət, kolbasa, vetçina, pendir, süd yeyirsə o qədər qanda bu antitel yüksəlir. Eləcə də bağırsaq xərçənginə səbəb olan birləşmələr yaranır.
Tədqiqatçılar Gcemic index adlı koeffisient yaradıblar.
Bu Neu5Gc molekulunun müxtəlif ərzaqlarda səviyyəsini təyin etməyə imkan verəcək. Hansı qidada bu molekul var və ya çoxdur, onları hər gün yemək olmaz.(Medicina.az)