Kolumbiya universitetinin alimləri kosmetik məhsullar, xüsusən şampun və gellərdə uşaq beyni və psixikasına təsir edən kimyəvi maddə tapıblar.
“Medicina” xəbər verir ki, uşaq yaşda orqanizmə keçən bu maddələr yeniyetməlikdə psixi pozulmalara səbəb olur.
Alimlər bu səbəbdən valideynlərə xəbərdarlıq ediblər: azyaşlı uşaqlara tərkibində ftalatlar olan kosmetik məhsullar tətbiq etməyin.
Bu maddələr hormon təsiri verib, hormonal pozuntular da yaradır.
Xüsusilə şampunlardan ehtiyatlı olun.
Alimlər sübut edib ki, məhz bu şampunlarla hamilə qadının, daha sonra uşağın başının yuyulması maddələrin dəridən bədənə və qana keçməsinə səbəb olur.
Onlar orqanizmdə yığılaraq, zamanla uşaqda beyin və psixi pozulmalar yaradır ki, sonradan valideynlər müalicə üçün psixiatra müraciət etməli olur.
Qanında çox miqdarda ftalatlar olan gənc qızlarda qalxanvari vəz hormonları azalmış olur və onlarda hamiləlik problemli keçir.