Geriatrlar yaşlı insanlarda immuniteti möhkəmlətməyin vacibliyini bildirir. Bəs bunun üçün nə etməli?
“Medicina” xəbər verir ki, geriatr Nadejda Ruxina rasiona bir neçə qidanın daxil edilməsini açıqlayıb.
“İmmuniteti artırmaq üçün dəmir və zülal lazımdır. İmmun hüceyrələrə bu 2 maddə vacibdir. Zülal və dəmir üçün keyfiyyətli süd məhsulları, toyuq, hind quşu əti, balıq, eləcə də paxlalılar yemək lazımdır.
Yaşlı adamlar stress və soyuqdan uzaq durmalıdır. Bədənin çox soyumasına yol vermək olmaz.
Yaxşı yatmalı, gündə 1 saat gəzmək lazımdır.
Eləcə də mövsüm xəstəlikləri zamanı kütləvi yerlərdə maskasız olmamalıdırlar.
Yağlı ət və bulyon olmaz. Gündə 1 yumurta yemək olar.
Onların bağırsaq mikroflorası da sabit olmalıdır. Çünki immunitetin ikinci evi bağırsaqdır.
Qanazlığı varsa, həkim təyinatı ilə dəmir və vitaminlər B12, B9 qəbul edilməlidir.
Dəmir defisiti varsa, balıq və mal qaraciyəri həftədə 1 dəfə yemək olar”.