İdeal çəkini saxlamaq üçün gündəlik vərdişlər

9
Fev
2024
18:35

İdeal çəki saxlamaq üçün gündəlik vərdişlər hər kəs üçün diqqətdə olmalı məsələdir. Çünki sağlamlıq bir tərəfdən çəkidən başlayır.

Gün ərzində pəhriz planlaşdırmaq və evdən çıxmağa ehtiyac duyduğunuz zaman özünüzlə yemək götürmək vərdişi çəkini idarə etməyə kömək edir.

Bədəni yaxşı formada saxlamaq üçün bir neçə sadə gündəlik qaydaları var:

İlk olaraq çəkiyə nəzarət etmək üçün gündə 10 min addım atmaq lazımdır. Hətta adi templə gəzinti də bu məsələdə faydalı olacaq.

Yemək planlaması fiziki formada qalmağın başqa bir yoludur. İdeal həll yolu zərərli məhsullar alaraq istehlak etmək deyil, özünüzlə yemək götürməkdir.
Bədəninizi formada saxlama üçün kifayət qədər su içməyə çalışın. Su təkcə həyati element deyil, həm də orqanizmdə baş verən bir çox kimyəvi reaksiyaların ayrılmaz iştirakçısıdır.

Mütəxəssislərin fikrincə, düzgün yuxu da ideal çəki üçün çox vaciibdir. Yuxusuzluğun iştahın artmasına və metabolik aktivliyin azalmasına səbəb ola biləcər. Gündə ən azı yeddi-səkkiz saat yatmağa çalışın və istirahət üçün optimal şərait yaradın: qaranlıq otaq, rahat yataq. Daimi yuxu enerjinizi qorumağa, bədən funksiyalarını yaxşılaşdırmağa və çəkiyə nəzarət etməyə kömək edəcək.

©BAKU.WS