Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edib

8
Noy
2023
16:15
Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edib. 

Azreform.info Gürcüstan istinadən xəbər verir ki, qərar az əvvəl Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen və Avropa komissarı Oliver Varheyinin birgə keçirdiyi mətbuat konfransında açıqlanıb.

"Gürcüstan namizəd statusu almalıdır, çünki addımlar atılıb", - Ursula Fon Der Leyen bildirib.

Qeyd edək ki, namizəd statusunun verilməsi ilə bağlı yekun siyasi qərarı Avropa İttifaqının 27 üzv dövləti dekabr ayında tam razılıq şəraitində qəbul etməlidir. 27 üzvün hamısının mövqeyi müsbət olmalıdır.

Xatırladaq ki, Gürcüstan, Ukrayna və Moldova 2022-ci ilin martında Aİ-yə üzvlük üçün müraciət ediblər. Ukrayna və Moldova namizəd statusunu, Gürcüstan Avropa perspektivini alıb. Gürcüstana Aİ-yə namizəd statusu əldə etmək üçün 12 tövsiyənin yerinə yetirilməsi tapşırılıb.