Ritter: İranın Rusiya və Çinə ehtiyacı yoxdur, təkbaşına qalib gəlir

4
Mar
2026
18:07

Tehran rejimi öz planını uğurla həyata keçirir və xarici silah yardımına ehtiyac duymur.

Azreform.info xəbər verir ki, bunu BMT-nin sabiq Silah Müfəttişi Skott Ritter İranın ABŞ, İsrail və

Körfəz dövlətlərinə qarşı müharibəsini şərh edərkən deyib. 

Ritter Çin və Rusiyanın hazırda İrana silah göndərmədiyini və Tehranın onlara ehtiyacı olmadığını bildirərək əlavə edib: "Hərbi baxımdan onlar kifayət qədər yaxşı iş görürlər. Çoxcəbhəli müharibə aparırlar. Körfəz ölkələrinə, İsrailə, Amerika bazalarına və Kiprə zərbələr endirirlər. Həmçinin təyyarədaşıyan gəmilərin zərbə qruplarını hədəf alırlar".
Ritter onu da bildirib ki, İran 25 ildən çoxdur bu müharibəyə hazırlaşır və bu hazırlıq  öz bəhrəsini verir.  

Trampın strategiyalarının uğursuz olduğunu vurğulayan Ritter deyib ki, Tramp planını yenidən nəzərdən keçirmək mərhələsindədir: “İran isə  planını yenidən nəzərdən keçirmir, sadəcə irəliləyir. Hazırda kimin üstünlüyü var, bu baxımdan, işləyən İranın planıdır. Onların Rusiyanın və ya Çinin gəlib dəstək verməsinə ehtiyacı yoxdur. Onlar ABŞ-ni, İsraili və Körfəz ərəb dövlətlərini məğlub edirlər".

 Mürtəza