Ayətullahlar Şurası Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni Ali Lideri təyin edib.
Azreform.info xəbər verir ki, bu barədə İran Beynəlxalq Agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, "İslam İnqilabı Keşikçiləri Korpusunun təzyiqi altında hərəkət edən Ekspertlər Məclisi Müctəba Xameneini İslam Respublikasının lideri seçib".
"Tasnim" bildirir ki, İranın Qum şəhərində İranın ali liderinin seçilməsi ilə məsul olan Ekspertlər Şurasının binasına hücum edilib .
"Clash Report" iddia edir ki , İsrail ölkənin növbəti Ali Liderini seçmək üçün keçirilən səsvermə zamanı Şuranın 88 üzvünü hədəfə alıb. Mənbənin məlumatına görə, bütün üzvlər orada olmayıb, lakin hücumun səslərin sayılması zamanı baş verdiyi iddia olunur.
Məlumata görə, endirilən hava zərbələri nəticəsində ən azı altı nəfər həlak olub, 30 nəfər yaralanıb.