Paşinyan Gürcüstanda səfərdədir

3
Mar
2026
20:21

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gedib.

Azreform.info ” xəbər verir ki, bu haqda Ermənistan KİV məlumat yayıb.

Səfərin əsas səbəbi Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci iclasının keçirilməsidir.

İki ölkənin baş nazirləri - Nikol Paşinyan və İrakli Kobaxidzenin də təkbətək görüşü nəzərdə tutulub.