Dünya bazarlarında neft qiymətləri "Saudi Aramco" enerji şirkətinin neft emalı zavoduna (NEZ) zərbə endirilməsi barədə xəbərlərdən sonra bir qədər stabilləşmənin ardından, yazın ilk hərraclarında 10 % artıb.
Azreform.info "Report"a istinadən xəbər verir ki, bunu hərracların məlumatları təsdiqləyir.
"Brent" markalı neftin may fyuçerslərinin qiyməti 1 barel üçün 80,05 ABŞ dolları təşkil edib.
WTI markalı neftin aprel fyuçersləri isə 9,06 % bahalaşaraq 73,09 ABŞ dolları olub.