Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

2
Mar
2026
13:35

Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.

Azreform.info  xəbər verir ki, bu barədə məlumatı səfirlik sosial şəbəkə hesablarında açıqlayıb. 

"Regionda baş verən hadisələrlə əlaqədar olaraq, səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik", - məlumatda qeyd olunub.