Tehrandan Ağ Evə cavab: Heç bir danışıq olmayacaq

2
Mar
2026
09:14

İran ABŞ ilə danışıqlar aparmaqdan imtina edir.

Azreform.info xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani özünün Telegram kanalında yazıb: "Biz ABŞ ilə danışıqlar aparmayacağıq".

Bundan əvvəl "The Wall Street Journal" qəzeti yazıb ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-a İranın nüvə məsələsi ilə bağlı danışıqları bərpa etməyi təklif edib.

Qeyd olunub ki, təklif rəsmi Tehrana qarşı Amerika-İsrail hərbi əməliyyatının başlamasından sonra danışıqlarda vasitəçi kimi çıxış edən Oman vasitəsilə çatdırılıb.

Mürtəza