Bilalhəbaşi Nəzərov "Strandja" beynəlxalq turnirində ikinci olub

2
Mar
2026
01:00

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə "Strandja" beynəlxalq turnirində daha bir medalı rəsmiləşdirib.

Azreform.info  Boks Federasiyasına istinadən xəbər verir ki, Bilalhəbaşi Nəzərov (50 kq) fəxri kürsüyə yüksəlib.

O, yarışı gümüş medalla başa vurub. Beləliklə, milli turniri 2 mükafatla bitirib.

Qeyd edək ki, boksçularımızdan daha öncə Malik Həsənov (65 kq) üçüncü yeri tutub.