"Yuventus" Lokatelli ilə müqaviləni uzatmağı planlaşdırır

1
Mar
2026
16:21

"Yuventus" yarımmüdafiəçisi Manuel Lokatellini komandada saxlamaq niyyətindədir.

Azreform.info xəbər verir ki, Turin klubu futbolçu ilə müqavilənin müddətini uzadacaq.

Tərəflər arasında imzalanacaq yeni sözləşmə 2030-cu il iyunun 30-na qədər qüvvədə olacaq.

Yeni müqaviləyə əsasən, oyunçunun illik məvacibi 4 milyon avroya qədər artırılacaq. "Yuventus" bu addımla yarımmüdafiəçiyə cari mövsümdəki çıxışına görə minnətdarlığını ifadə etmək istəyir.

Qeyd edək ki, Manuel Lokatelli 2023-cü ildə "Sassuolo"dan 36 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək nəzərdə tutulub. Yarımmüdafiəçi cari mövsümdə "Yuventus"un forması ilə çıxdığı 36 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.