Füzulidə avtomobil qəzası: 10-cu sinif şagirdi öldü

1
Mar
2026
09:28

Füzulidə baş verən qəza zamanı 10-cu sinif şagirdi ölüb.

Azreform.info Teleqraf-a istinadla bildirir ki, hadisə ötən gecə rayonun Qayıdış qəsəbəsi ərazisində baş verib.

Rayon sakini Ramil adlı şəxs idarə etdiyi "VAZ"2107 markalı 90 FD 419 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən qarşısa gedən traktorun qoşqusuna çırpılıb. Nəticədə "VAZ"2107-də sərnişin olan sürücünün oğlu onuncu sinif şagirdi Zaur hadisə yerində həyatını itirib.

Ağır xəsarət alan sürücü Ramil isə Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.