Türkiyədən bu ölkələrə uçuşlar dayandırıldı

28
Fev
2026
20:07

Türkiyə ABŞ və İsrailin hücumları səbəbindən beş ölkəyə uçuşları dayandırıb.

Azreform.info xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşlar martın 2-dək ləğv olunub. O bildirib ki, hazırda İranda Türk Hava Yolları və "Pegasus" şirkətlərinə məxsus iki təyyarə var və hava gəmilərinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.