ABŞ Prezidenti Donald Tramp İrana sərt mesaj verib və bununla vəziyyətin daha da gərginləşəcəyi gözlənilir.
Azreform.info xəbər verir ki, Amerika lideri "Biz itki verə bilərik - bu, müharibədə tez-tez baş verir - amma biz bunu gələcək üçün edirik", - deyə bəyanat verib.
İslam İnqilabı Keşikçiləri Korpusunun, silahlı qüvvələrin və İran polisinin üzvlərinə müraciət edən Tramp deyib: "Silahlarınızı yerə qoyun və tam toxunulmazlığı qəbul edin, yoxsa mütləq ölümlə üzləşəcəksiniz".
ABŞ Prezidentinin sözlərinə görə, bu, "bəlkə də gələcək nəsillər üçün yeganə şansdır".
O, həmçinin əlavə edib: "Bombalar hər yerə düşəcək."
Trampın açıqlamaları Vaşinqton və Tehran arasında ritorikanın kəskin şəkildə artması fonunda səslənib.