Tramp İranla hərbi müdaxiləsiz razılığa gəlmək istəyir

28
Fev
2026
00:35

ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın güc tətbiqi olmadan əldə olunmasının tərəfdarıdır.

"Əgər biz hərbi müdaxilə etməsək, daha yaxşı olardı, amma bəzən buna məcbur qalırıq", - Ağ Ev rəhbəri deyib.

Azreform.info xəbər verir ki, o, ABŞ-nin hazırda dünyanın ən güclü ordusuna sahib olduğunu bildirib.

Qeyd edək ki, Tramp İranla danışıqların gedişatından məmnun olmadığını da bəyan edib.(report)