Neymar: "Tiaqo məni zədələyəcəyinə söz vermişdi"

27
Fev
2026
21:28

"Santos" klubunun ulduz hücumçusu Neymar Braziliya çempionatının dördüncü turu çərçivəsində baş tutan və komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada "Vasko da Qama"nın yarımmüdafiəçisi Tiaqo Mendeslə yaşadığı gərginlik barədə açıqlama verib.

Azreform.info xəbər verir ki, braziliyalı futbolçu rəqib oyunçu haqqında fikirlərini bölüşüb.

"O, hər zaman gərginlik yaratmağa cəhd edir. Vaxtilə, PSJ-də çıxış edərkən məni zədələmişdi və bu gün də eyni hərəkəti təkrarlayacağına söz vermişdi. Görək, məni yenidən sıradan çıxarmağa cəsarəti çatarmı?" - deyə Neymar bildirib.

Qeyd edək ki, "Vasko da Qama" ilə keçirilən görüşdə Neymar rəqib qapısından iki top keçirərək dubl müəllifi olub.

Xatırladaq ki, Neymar 2025-ci ildən etibarən "Santos"un şərəfini qoruyur. Təcrübəli forvardın hazırkı klubu ilə müqavilə müddəti 2026-cı ilin dekabr ayına qədər nəzərdə tutulub.(oxu.az)