Azərbaycanın Dubay şəhərində baş konsulu təyin olunub

27
Fev
2026
17:42

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş konsulu təyin olunub.

Azreform.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb

Belə ki, Kamran Vahid oğlu Məmmədzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycanın baş konsulu təyin edilib.