Ermənistanda əsgərin güllələnmiş meyiti tapıldı

27
Fev
2026
06:35

Ermənistan ordusunun əsgərinin güllələnmiş meyiti tapılıb.

Azreform.info xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi 19 yaşlı əsgər Narek Hamlet Hakobyanın ölümünü təsdiqləyib.

Hadisənin tam səbəblərini aydınlaşdırmaq üçün araşdırma aparılır.