Paşinyan Rusiyanın hərbi bazası ilə bağlı planını AÇIQLADI

26
Fev
2026
17:07

"2024-cü ilə qədər əksər sərhəd keçid məntəqələri Rusiyanın nəzarəti altında idi və ya, məsələn, beynəlxalq hava limanımızda Rusiya sərhədçiləri var idi, lakin hazırda Ermənistan Respublikasının bütün sərhəd keçid məntəqələri Ermənistan sərhədçiləri tərəfindən idarə olunur."

Azreform.info -ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Polşada xarici səfirlər, diplomatlar və beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə Ermənistandakı Rusiya hərbi mövcudluğu ilə bağlı sualı cavablandırarkən bildirib.

"Təbii ki, Rusiya Federasiyasına oradakı mövcudluğuna görə minnətdarıq. 1990-cı illərin əvvəllərində yeni müstəqil dövlət olaraq bu cür xidmətləri göstərə bilmirdik, amma indi imkanlarımızı inkişaf etdirə bilirik və inkişaf etdiririk.

Rusiya hərbi bazası ilə bağlı heç bir planımız və ya proqramımız yoxdur və Rusiya hərbi bazasının mövcudluğu bizi narahat etmir", - deyə Baş nazir bildirib və qeyd edib ki, Ermənistan Rusiyanın yaxın tərəfdaşıdır.