Yevlaxda kafedə yanğın - 1 nəfər xəsarət aldı

24
Fev
2026
20:28

Yevlax şəhərinin Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yanar konstruksiyaları yanıb.

Azreform.info ” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

“Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə əlavə edilib.