Şəmkirdə avtomobillər toqquşub: ölən və xəsarət alanlar var

24
Fev
2026
19:07

Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.

Azreform.info "Report"a istinadla xəbər verir ki, rayonun Qasımalılar kəndində "VAZ-2106" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib.

Daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.