Bakının mərkəzində restoranda tüstülənmə oldu - VİDEO

23
Fev
2026
20:35

Paytaxtın Səbail rayonunda yerləşən məşhur "Shah Palace" restoranında tüstülənmə hadisəsi baş verib. Hadisə ilə bağlı görüntülər yayılıb.

Azreform.info oxu.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Səbail rayonu, Böyük Qala küçəsində yerləşən restoranın havalandırma borusunda tüstülənmə qeydə alınıb.

Nazirliyin əməkdaşları tərəfindən tüstülənmənin qarşısı qısa müddətdə alınıb.