İran onları terror təşkilatları elan etdi

22
Fev
2026
03:35

İran hakimiyyəti Avropa Birliyinin (AB) hava və dəniz qüvvələrini terror təşkilatları elan edib.

Azreform.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, qərar ABŞ-nin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavabdır və Ağ Evin qərarını dəstəkləyən digər ölkələrə də şamil edilir.

Fevralın 19-da Avropa Birliyi Şurası SEPAH-ı terror təşkilatları siyahısına daxil edib.