Ukrayna ordusu Donetskdə bazara zərbə endirib - Ölən və yaralananlar var

21
Yan
2024
16:49

Ukrayna Silahlı Qüvvələri Donetskin Tekstilşçik mikrorayonunda bazara azı 6 ədəd 155 mm-lik mərmi atıb.

Azreform.info ” xəbər verir ki, bu haqda şəhərin meri Aleksey Kulemzin öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində 18 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb. Eyni zamanda mer qeyd edib ki, qurbanlar və xəsarət alanlar barədə məlumat gəlməkdə davam edir.