Qubada məktəbli özünü güllələyərək öldürdü

15
Fev
2026
12:56

Quba rayonunda bədbəxt hadisə baş verib. 

Azreform.info "Unikal"a istinadla xəbər verir ki, Quba şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi ov tüfəngi ilə özünü güllələyərək həyatına son qoyub.

Hadisənin hansı şəraitdə baş verdiyi hələki məlum deyil. 

Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırmanın nəticəsindən sonra məlum olacaq.