Rusiyada Sevgililər Gününü tək keçirmək istəməyən qadınlar qeyri-adi üsula əl atıblar.
Azreform.info xəbər verir ki, bunun üçün rus xanımların 3000 rubla (təxminən 67 azn) özlərinə partnyor icarəyə götürdükləri iddia edilir.
Belə ki, şam yeməyi, tədbirlər və ya bütün gün davam edən yoldaşlıq kimi xidmətlərin ödənişli təklif olunduğu bildirilir.
Sözügedən məlumat qısa zamanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri paylaşımlara “bunun üçün özü pul verməyə hazır olan kişi tanışlarım var”, “Putin Rusiyada kişi qoymadı”, “nə günlərə qaldıq”, “Coğrafiya taledir” və s. şərhlər yazıblar.
Billurə